Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72349
az

Ağalı sakininin ölüm səbəbi məlum oldu

18:3925 İyul, 2022
157
CƏMİYYƏT
  • A

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndinə köçən Kübarə Sultanova xeyli müddətdir dağınıq skleroz və onkoloji xəstəliklərdən əziyyət çəkirmiş.

Bunu Ağalı kəndində K.Sultanovanın gah sevincdən ürəyinin partladığı, gah da həkimin gec gəlməsi nəticəsində dünyasını dəyişdiyi iddialarına cavab olaraq mərhumun oğlu Valeh İsmayılov report-a açıqlamasında bildirib.

"Anam birinci qrup əlil və yataq xəstəsi idi. Köçürülmə ərəfəsində bizə tibbi müayinədən keçmək üçün zəng etmişdilər, amma mən anamı aparmaqdan imtina etdim.

Sonra iyulun 21-i Ağalıya köçdük. İki gün vəziyyəti yaxşı idi. Kəndinə qayıtdığına görə sevinirdi. Növbəti gün temperaturu yüksəldi, vəziyyəti pisləşdi. Ağalı kəndində fəaliyyət göstərən tibb məntəqəsindən həkim çağırdıq, gəlib müayinə etdilər. Nə qədər iynə dərman edildisə də, anamın həyatını xilas etmək mümkün olmadı".

V.İsmayilov anasının vəziyyəti pisləşdiyi zaman həkimin gəlməməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib: "Anam vəfat edəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən zəng etmişdilər, nümayəndələri də gəlmişdi. Tanışlarım, dostlarım yazıb vəziyyətin necə olması ilə maraqlanırlar. Təəssüf edirəm ki, dəqiq olmayan məlumatlar yayılır. Bunu yazanlar zəng edib dəqiqləşdirə bilərdilər. Anamın nə sevincdən ürəyi partlayıb, nə də həkimin gəlməməsi söhbəti olub. Hamısı yalandır".

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev "Report"a bildirib ki, Ağalı sakini Kübarə Sultanovanın vəfatı ilə bağlı məlumat alan kimi mərhumun ailə üzvləri ilə əlaqə saxlayıblar: "Kübarə Sultanovanın oğlu Valeh İsmayilov bizə bildirdi ki, anası ağır xəstə olub və bunun nəticəsində dünyasını dəyişib. Mərhuma Allahdan rəhmət diləyirik, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi