Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72331
az

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yaydı:Tutulan şəxslər görün kimdir

10:1125 İyul, 2022
605
REDAKTORUN SEÇİMİ
  • A

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Oxu24.com-un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Belə ki, 2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.

Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib.

R.Feyziyev və T.Ələkbərov isə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbə qız öldü
Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...
Çimnazın atası görün nələri danışdı - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb