Bu günlərdə sosial şəbəkələrdə populyarlaşan “Təbrizin sehrli nağılları” kitabı hələ bir neçə il öncə Vatikanadək gedib çatıb.
Cəmilə Həsənzadənin müəllifi olduğu əsər 2019-cu ildə Roma Papası Fransiskə hədiyyə edilib.
Qeyd edək ki, bir neçə gün öncə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli Nağılları” kitabını paylaşaraq, onun vasitəilə Azərbaycan tarixi barədə çoxlu yeni məlumatlar əldə etdiyini yazıb.
Diplomatın paylaşımından sonra kitab sosial şəbəkələrdə trendə çevrilib.
Oxu24.com
ŞƏRHLƏR