Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 333 yeni yoluxma faktı qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 796 474 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir.
Ölkədə son sutka ərzində 2 945, hazırkı dövrədək isə 7 024 138 test aparılıb
Oxu24.com
ŞƏRHLƏR