Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72308
az

ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır

17:1524 İyul, 2022
149
  • A


ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırırÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.

"OXU24.COM" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Pəncabinin sözlərinə görə, bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur.


"Meymun çiçəyinin yayılmasını dayandırmaq, xəstəliyə yoluxma riski yüksək olan icmaları qorumaq və hazırkı epidemiyaya nəzarət etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır", - Ağ Ev rəsmisinin yaydığı bəyanatda deyilir.

Daha əvvəl ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını qlobal sağlamlıq vəziyyəti elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"
Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur -Tramp AÇIQLADI
İsrail 110 fələstinli məhbusu AZAD ETDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi