Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72298
az

Əcəlin növləri

14:1924 İyul, 2022
203
CƏMİYYƏT
  • A

Qurani-Kərim insan üçün iki növ əcəl saymışdır: "Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur.

Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli "məhv və isbat" lövhəsində yazıb, qəti əcəl isə "Lövhi-Məhfuz"dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz". ("Ənam" 2).

Bu ayədən göründüyü kimi, hər bir insanın şərti və qəti əcəli vardır. Qəti əcəl mütləqdir və onu dəyişdirmək mümkün deyildir. Əgər zamanı çatarsa, nə göz yaşı, nə dua onu xilas edə bilər. İnsan mütləq ölər.

Ancaq şərti əcəl elə bir əcəldir ki, Quranın buyurduğu kimi, insan üçün yazılmışdır. Ancaq insanın gördüyü yaxşı əməllər həmin əcəli aradan qaldıra bilər.

Məsələn, valideynə xidmət etmək, kiminsə çətinliyini həll etmək, sədəqə vermək, gecə namazı qılmaq və bu kimi. Bu zaman Allah həmin əcəli insandan uzaqlaşdırar.

"Allah ("məhv və isbat" lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır". ("Rəd" 39).

Bu ayədən də görmək olur ki, Allah istədiyini silər və ya əlavə edər.

Beləliklə, demək olar ki, qəti əcəli dəyişdirmək olmaz. Ancaq şərti əcəli yaxşı əməllərlə dəyişdirmək olar.

Bir gün Həzrət İsa (ə) bir evin yanından keçirdi. Orada toy məclisi qurulmuşdu. Gülüş və sevinc səsləri qulaqlarına çatırdı.

Həzrət (ə) buyurdu: "Bu gecə burada toydur. Ancaq heç kim bilmir ki, bəy bu gecə öləcəkdir".

Soruşdular: "Necə öləcəkdir?".

Buyurur: "Zəhərli ilan onu sancacaq və o, öləcəkdir".

Sabahısı gün yenə də səhabələri ilə bir yerdə həmin evin yanından keçir. Ancaq görürlər ki, evin qapısına qara parça bağlamayıblar. Ağlamaq səsləri də gəlmirdi. Təəccüb edib, evin qapısını döyürlər.

Qapını açan insandan soruşurlar: "Dünən burada toy idi?".

Dedi: "Bəli".

Dedilər: "Bəyin halı yaxşıdır?".

Dedi: Çox yaxşıdır".

Onlar təəccüblə Həzrət İsanın (ə) yanına gəlirlər ki, bəs dünən başqa söz deyirdiniz? Həzrət (ə) buyurdu: "Dünən bəylə gəlin yemək yeyən zaman bir yoxsul gəlir və onlardan yemək istəyir.

Bəy öz yemək boşqabını həmin yoxsula verir. Həmin yoxsul insan da bəy üçün dua edir. Buna görə də Allah onun ölümünü təxirə salır".

Yaxşı əməllərimizlə şərti əcəlimizi özümüzdən uzaqlaşdıraq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nizaməddin Şəmsizadə komaya düşdü
İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLARI
Qar, külək, şaxta... - Faktiki hava

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb