Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7226
az

Azərbaycanda 3 qurum birləşdirilir - Super nazirlik yaradılır

12:4420 Noyabr, 2018
1068
  • A
 Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib.


Oxu24.com  xəbər verir ki, bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, təkcə bu 2 qurumun birləşdirilməsi ilə söhbət bitmir: "Söhbət dövlət vergi yığımlarının vahid bir strukurda cəmlənməsindən və bundan doğan struktur islahatından gedir. Gömrük xidməti ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin bir hissəsi, konkret desək, məcburi sığorta ödənişlərinin yığılması funksiyasının Vergilər Nazirliyinin idarəetməsinə verilməsi planlaşdırılır".


Mənbənin bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun başqa bir səlahiyyəti - pensiyaların təyin edilməsi və paylanması funksiyasının isə Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur: "Yəni konkret olaraq fondun ləğvindən və səlahiyyətlərinin Vergilər və Maliyyə nazirlikləri arasında bölüşdürülməsindən söhbət gedir. Bununla da büdcə daxilolmalarının yığılması ilə yalnız Vergilər Nazirliyi, büdcə vəsaitlərinin bölüşdürülməsinə isə yalnız Maliyyə Nazirliyi məşğul olacaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi