Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb. Həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.
OXU24.COM xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib:
"Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək".
Oxu24.com
ŞƏRHLƏR