Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72238
az

SON DƏQİQƏ! MAXE -lər həbs edildi: Görün nə edirlərmiş

13:5422 İyul, 2022
5422
ÖZƏL BÖLÜM
  • A
Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə Oxu24.com-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən 4 bağlama aşkar olunub. Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb. Tutulan şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən DSX-nin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­ib. Fakt üzrə həyata keçirilən təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan vətəndaşı - Bərdə rayon sakini, 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb. Hadisə yerində götürülən bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib. Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Baş Prokurorluğu və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib
Qatilə çevrilən Sabunçu tunelini tikən şəxslə bağlı İLGİNC FAKTLAR...- FOTO
COP29 nədir və bizə nə verəcək?— CAVAB

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi