Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72233
az

İlham Əliyevdən mühüm SƏRƏNCAM

12:3622 İyul, 2022
2783
CƏMİYYƏT
  • A
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Oxu24.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti həyata keçirəcək. Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verəcək. Həmçinin icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nizaməddin Şəmsizadə komaya düşdü
Maşını görün kim sürürmüş - İmişlidəki qəzanın ŞOK TƏFƏRRÜATI
İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLARI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb