Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılması görünütlərini yayıb.
Oxu24.com -un verdiyi xəbərə görə, həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib.
O.Məmmədli xilas edilərkən hərbi formada olub.
Qeyd edək ki, qaz sızması nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.
Dağıntılar altında qalanlar var.
Oxu24.com
ŞƏRHLƏR