Böyük Britaniya Baş nazirinin ofisi Boris Consonun "Typhoon" qırıcı təyyarəsinin kabinəsində çəkdiyi videonu yayıb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, video ötən həftə təyyarədə yanacaqdoldurma təlimi zamanı mobil telefonla çəkilib, lakin bazar ertəsi gününə qədər yayımlanmayıb.
Videoda Consonun uçduğu qırıcı təyyarədən biraz aralıda başqa bir təyyarənin havada yanacaq doldurduğu görünür.
Conson bu gün "Farnborough Airshow" aviaşousunda çıxış edəcək və bu uçuşu Mühafizəkarlar Partiyasının liderliyi ilə müqayisə edəcək.
O, "kabinədə üç xoşbəxt il keçirməsindən" danışacaq. "Heç bir problem olmadan idarəçiliyi başqasına təhvil verəcəyəm, amma kim olursa olsun, sizə deyə bilərəm ki, bu mühafizəkar hakimiyyətin ikiləşmiş mühərrikləri ağlayacaq", - deyə əlavə edəcək.
Oxu24.com
ŞƏRHLƏR