Müğənni Rəqsanə İsmayılova oğlu ilə bağlı paylaşım edib.
OXU24.COM bizim.media-ya istinadən xəbər verir ki, sənətçi sükan arxasında əyləşdiyi həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun və onun qucağında Məhəmməd Əlinin videosunu yayımlayıb.
Görüntülərdə Rəqsanə yenə də övladının üzünü nümayiş etdirməyib.
Xatırladaq ki, R.İsmayılova iyulun 25-də oğlu Muhammedin kiçik toyuna media nümayəndələrinin çəkiliş aparmasına icazə verməyəcək. Bununla bərabər o məclisdə "dress code" tələbi də irəli sürüb.
Belə ki, qonaqlardan yalnız ağ və qızılı rəngdə geyinmələri tələb olunub.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı dörd övladı var.
Oxu24.com
ŞƏRHLƏR