Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7211
az

Kolları məhv edən şəxs 32 min manat cərimələnib

22:1219 Noyabr, 2018
682
  • A
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu