Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72094
az

Səfər Mehdiyevin səlahiyyətlərini icra edən generalın maraqlı tərcümeyi-halı - Fotofakt

22:3817 İyul, 2022
437
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev vəzifəsindən azad edilib.

 


Sfera.az xəbər verir ki, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı sosial şəbəkələrdə geniş müzakirə olunur.

 


Məlumat üçün bildirək ki, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini Hüseynov İsmayıl Xəlil oğlu icra edir. Ehtimal etmək olar ki, yeni sədr təyin olunana kimi Səfər Mehdiyevin səlahiyyətlərini birinci müavin kimi İsmayıl Xəlilov icra edəcək.

Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan İsmayıl Xəlilov 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.

Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Xəlilov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.

 


Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və  1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.

 

Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.


Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...