Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72074
az

Bahalaşmanın növbəti dalğası gəlir: “Məhsulu Azərbaycanda satmaq sərf etmir”

01:5917 İyul, 2022
262
İQTİSADİYYAT
  • A

Azərbaycanda bahalaşmanın növbəti dalğası gözlənilir. Buna səbəb Rusiya-Ukrayna müharibəsi, qlobal istiləşmə, torpaqların şoranlaşması, məhsulların xaricdən idxaı olunmasına bağlılıq və bir sıra fəlakətlərdir.

Bəs bu bahalaşma və qida çatışmamazlığından minimum zərər ilə qurtulmağın bir yolu varmı?

Yensiabah.az-a açıqlamasında iqtisadçı Rəsul Atakişiyev Azərbaycana məhsulların xaricdən idxal olunmasının bir sıra səbəblərinin olduğunu deyib:

“Azərbaycana xaricdən məhsul idxal olunması həmin məhsulun ölkə ərazisində istehsal olunmaması, istehsal olunsa belə həcmin bəs etməməsi, ya da ki, ölkə ərazisində həmin məhsulun istehsalının baha başa gələ bilməsi ilə bağlıdır.

Azərbaycan artıq illərdir ki, azad bazar iqtisadiyyatına keçmiş bir ökədir. Azad bazar iqtisadiyyatı isə elə bir sistemdir ki, məhsul istehsal edən şəxs hansı qiymətə istərs,ə o qiymətə sata və yaxud hansı ölkədə satışa çıxarmaq istərsə, o ölkədə də məhsulu satışa çıxara bilər.

Bu gün istehsalçı məhsulunu aparıb Rusiyada satırsa demək ki, məhsulunu Azərbaycanda satmaq ona sərf etmir”.

İqtisadçı bildrib ki, Azərbaycanda satılan məhsulların qiymətini tənzimləmək üçün isə ən effektiv üsul istehsal sahələrini dövlətin subsidiyalaşdırmasıdır:

“Subsidiyalaşdırma taxıl və digər bu tip məhsullarda ola bilər.

Ən çox diqqət yetirməli olduğumuz məsələ isə Azərbaycanda torpaqların suvarılmasıdır. Azərbaycanda əkinə yararlı torpaq azdır, şoranlaşmış torpaqlar üstünlük təşkil edir. Həmin torpaqların şoranlaşmadan təmizlənməsi çox böyük xərclər tələb edir. Üstəlik, su çatışmamazlığı var.

O, sovet vaxtı idi ki, dövlət istehsalçılardan istehsal etdiyi məhsulu sərf etdi - etmədi yalnız daxili bazara çıxarmağı tələb edirdi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər