Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72046
az

Fasiqlər kimlərdir?

00:0016 İyul, 2022
119
CƏMİYYƏT
  • A

Qurani-Kərim fasiq insanlarla əhd bağlamağı yer üzərində edilən fəsad hesab edir. Çünki fasiq insanlar Allahla bağladıqları əhdi unudub, insanlara ziyan vurmaqla məşğuldurlar. Belə insanlarla necə əhd bağlamaq olar ki?! Onlara necə etimad etmək olar ki?!

Əhdə vəfa etmək - dinimizin buyurduğu vacib əməllərdəndir ki, cəmiyyətdə etimadı artırar və insanları bir-birinə yaxınlaşdırar. Dinimiz buyurur ki, mömin - fərqi yoxdur, istər iqtisadi, istər siyasi, istər ailə içində - əgər söz verərsə, ona əməl etməsi zəruri mövzulardan olar.

"Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar)". ("İsra" 34).

Əbu Malik nəql edir ki, İmam Səccada (ə) dedim ki, məni dinin bütün qanunlarından xəbərdar etsin. Həzrət (ə) buyurdu: "Haqqı demək, ədalətli hökumət etmək, əhdə vəfa etmək - hamısı dinin qanunlarındandır".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim əhdinə vəfa etməz - onun dini olmaz".

Bəs fasiqlər kimlərdir?

"Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası - utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu, onların Rəbbi tərəfindən olan bir həqiqətdir.

Kafirlər isə deyərlər: "Görəsən Allahın bu məsəldən məqsədi nədir?!" (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir.

(Allah) onunla ancaq fasiqləri azdırır. Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır". ("Bəqərə" 26-27).

Uca Allah buyurur ki, fasiqlərin əhdinə əhəmiyyət verməyin. Çünki onlar Allahla bağladıqları əhdə vəfa etmirlər, sizinlə bağladıqları əhdə vəfa etməklərini gözləyirsinizsə, yanılırsınız. Hər kim əhdinə vəfa etməz - fasiq olar. Fasiqlər isə yer üzərində fəsad edən insanlardırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA