Ərdoğan xalqa müraciət etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib.
"Allah şəhidlərimizin məkanını cənnət etsin. Tarixi qiyama qatılan hər bir vətəndaşıma və həmin gecə veteran statusuna layiq görülən qardaşlarıma minnətdarlığımı bildirirəm. Küçələri, prospektləri, meydanları dolduranlara. Tanklara, helikopterlərə, silahlara bədənlərini sipər edən bu xalqın övladlarının nəcibliyini təsvir etməyə sözlər yetməz.
Çevriliş edənlərə qarşı müqavimətimizlə dostlara və düşmənlərə göstərdik ki, Türkiyə heç vaxt əsir edilə bilməz. Türk milləti heç vaxt diz çökdürülməyəcək", - deyə o bildirib.
Xatırladaq ki, 2016-cı ilin 15 iyul tarixində FETÖ terror təşkilatı Türkiyədə dövlət çevrilişinə cəhd edib. İnsanlar küçələrə axışaraq hökumətə dayaq olublar./Oxu
Oxu24.com
ŞƏRHLƏR