Cəmi 23 yaşında Abir Əl-Saqir sosial mediada ən məşhur aşpaz kimi "TikTok"-u fəth edib.
OXU24.COM-un moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, hazırda bu müsəlman aşpazın platformada 7,5 milyon izləyicisi və 80 milyon baxışı var.
Hicablı qız qeyri-adi xörəkləri ilə tamaşaçıları özünə cəlb edib. Abir seçdiyi ölkənin ənənəvi paltarlarını geyinərək və onun mədəniyyəti ilə yaxından əlaqəli musiqi ilə videonu müşayiət edərək dünyanın hər yerinə aid reseptlərlə yemək bişirir.
Livanlı qadın xüsusilə zərifliyi, sadəliyi, detallara diqqəti və hər şeydən əvvəl təxəyyülü ilə tanınır və bu səbəblərdən "Disneyin ərəb şahzadəsi" ləqəbini qazanıb.
Müsəlman qadının videolarında ərəb mədəni irsinə xüsusi diqqət yetirilir.
Oxu24.com
ŞƏRHLƏR