Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71957
az

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 50 hakeri arasında

20:1812 İyul, 2022
159
CƏMİYYƏT
  • A

"Major League Hacking" (MLH) - Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısı açıqlanıb.

OXU24.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, builki siyahıda azərbaycanlı tələbə Firəngiz Qənbərlinin də adı var.

ABŞ-nin Kansas Universitetində II kurs tələbəsi olan Firəngiz ən yaxşı 50 arasına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbiya, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri-Lanka kimi ölkələri təmsil edirlər. 

Qeyd edək ki, Firəngiz Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz "HackKU-2021" və "HackKU-2022" müsabiqələrinin təşkilatçısı kimi də böyük uğur qazanıb. Hazırda "Microsoft" şirkətində təcrübəçi olan Firəngiz Qənbərli eyni zamanda Kansas Universiteti Kompüter Mühəndisləri Assosiasiyanın prezidenti və "Women in Computing Club KU" platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama
Yumurta qaynatmaq sadə iş deyilmiş... -ŞOK ARAŞDIRMA
Zelenski: "Trampın sülh planı yoxdur"

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi