Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71921
az

Zəif immun sisteminin 5 ƏLAMƏTİ

23:1109 İyul, 2022
272
CƏMİYYƏT
  • A

İmmun sistemi insanı tək virus və mikroblardan deyil xərçəngdən də qoruyur. Bu səbəbdən immunitetin güclü olması insanın sağlamlığı üçün çox əhəmiyyətlidir.

İmmun sisteminin zəif olduğuna hansı əlamətlər işarə edir?

OXU24.COM  Rusiya KİV-lərinə istinadla bildirir ki, tanınmış Rusiyalı immunoloq Lyudmila Sizyakinanın sözlərinə görə, insan il ərzində tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutulursa bu zəif immun sistemindən xəbər verir. Nəzərə almaq lazımdır ki, burada söhbət uşaqlardan deyil, böyüklərdən gedir. Uşaqların immun sistemi uzun müddət ərzində formalaşdığı üçün onların tez-tez soyuqdəymə xəstəliklərinə tutulması normal sayılır. Lakin burada diqqət etmək lazımdır ki, soyuqdəymə uşaqda hər dəfə pnevmoniya, otit, tonzillit və s. kimi ağırlaşmalara gətirib çıxartmasın.

Beləliklə, böyüklərdə immun sisteminin zəif olmasına işarə edən simptomlar bunlardır:

- il ərzində tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutulmaq

- tez-tez təkrarlanan bronxit, ağciyər iltihabı

- herpes infeksiyasının tez-tez residivləşməsi

- dəridə irinliklərin, furunkulların tez-tez əmələ gəlməsi

- xroniki xəstəliklərin tez-tez kəskinləşməsi.

Həkim bildirib ki, insanın immun sistemi ilk növbədə bağırsaq mikroflorası, hormonal balans və sinir sisteminin vəziyyətindən asılıdır. Bu sistemlərdə baş verən pozulmalar immuniteti zəiflədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı