Şri-Lanka hökumətinin nümayəndə heyətinin iyulun 10-16-da Moskvaya planlaşdırılan səfəri ölkədəki vəziyyətlə əlaqədar təxirə salınıb.
OXU24.COM “Report”a istinadən xəbər verir ki, bu barədə “TASS”a Şri-Lanka Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Daxili siyasi vəziyyəti nəzərə alaraq, Susil Premajayantha Rusiyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb”, - mənbə bildirib.
Qeyd edək ki, Şri-Lanknın paytaxtı Kolomboda keçirilən etirazlar fonunda Baş nazir Ranil Vikramasink istefa verib.
Oxu24.com
ŞƏRHLƏR