Pakistanda güclü yağışların səbəb olduğu daşqınlar və dağıntılar nəticəsində ölənlərin sayı 62-yə çatıb.
OXU24.COM "Report"a istinadən xəbər verir ki, güclü yağışlar Bəlucistan, Pəncab və Xayber Paxtunxva əyalətlərini, həmçinin Gilgit-Baltistan bölgəsini əhatə edib.
Bəlucistanda təbii fəlakət daha 9 nəfərin həyatına son qoyub. Səlahiyyətlilərin məlumatına görə, onlardan beşini su axını aparıb, divarın uçması nəticəsində dörd uşaq ölüb.
Güclü yağışlar nəticəsində yeddi bənd partlayıb, bir sıra ərazilər su altında qalıb.
Hər ilin iyun-sentyabr aylarında Cənubi Asiyada yağan musson yağışları böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.
Oxu24.com
ŞƏRHLƏR