Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

XƏBƏR LENTİ

27 Sentyabr 2024
Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü -FOTO
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
26 Sentyabr 2024
“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu -FOTO
Qızıl yeni rekorda imza atdı, gümüş isə KƏSKİN BAHALAŞDI
Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... -FOTO/YENİLƏNDİ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...
Prezident Anım Günü ilə bağlı paylaşım etdi -FOTO
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
BÜTÜN XƏBƏRLƏR
71894
az

Yeni təyin olunan hakimlər and içdilər - FOTO

22:1108 İyul, 2022
201
CƏMİYYƏT
  • A

İyulun 8-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Plenumun iclasını giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasına və bu sahədə davam edən islahatların dərinləşməsinə təkan verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

Sədr bildirib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə hakim ştatlarının sayı artırılıb və bununla əlaqədar növbəti dəfə hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb.

Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 39 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub. Seçimlərdə uğur qazanan namizədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 1 iyul tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar.

Ali Məhkəmənin sədri hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, hakim adını qazanan 39 nəfərdən 23 nəfərinin qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürüdür.

Plenum iclasında respublika məhkəmələrinə yeni təyin olunan 39 nəfər hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra Plenumda konkret işlərə də baxılıb.

Bununla da Plenum öz işinə yekun vurub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq