Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71830
az

DİN açıqlama yaydı

11:2707 İyul, 2022
181
SON DƏQİQƏ
  • A

Ağsu şəhər sakini Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumata DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan münasibət bildirilib.

Oxu24.com-un xəbərinə görə, qeyd olunub ki, iyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib. Bu da ətrafdakıların haqlı narazılığına səbəb olub:

"O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.

Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 200 manat cərimə edilib.

Buna baxmayaraq, spirtli içki alüdəçisi olan G.Quliyev öz qanunsuz əməllərini davam etdirib. Belə ki, 2021-ci ildə sərtləşdirilmiş karantin rejimi dövründə, şəhər ərazisindəki kafelərin birində gecə saat 03 radələrinə təşkil etdiyi əyləncə məclisində bir qadını təhqir etdiyinə görə saxlanılaraq barəsində protokol tərtib edilib.

Cari ilin aprel ayında G.Quliyev atasına məxsus xırdabuynuzlu heyvanları ondan xəbərsiz sataraq pulunu mənimsəyib və bundan sonra ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zəminində G.Quliyev atasına xəsarət yetirməyə cəhd edib, onun avtomobilinə zərər vurub və atasının şikayəti əsasında barəsində inzibati qaydada tədbir görülüb.

G.Quliyevin belə qanunazidd hərəkətlərini sadalamaqla bitən deyil. O, hər dəfə profilaktik söhbətlər aparılmasına və yaxud qanunun tələbləri izah olunmasına baxmayaraq, bundan nəticə çıxarmayıb.

G.Quliyevə polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır. Sifətindəki xəsarətlərə gəlincə isə deyə bilərəm ki, daim sərxoş vəziyyətdə olan G.Quliyev o xəsarətləri yıxılması və ya digər şəxslə dava etməsi nəticəsində də ala bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FHN yanğınla bağlı açıqlama yaydı
Bakıda güclü yanğın başladı
TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi