Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71808
az

“Azza”dan aldığı tort başına bəla oldu - 3 İL HƏBS

22:0706 İyul, 2022
227
CƏMİYYƏT
  • A

"AZZA AQRO" Qapalı Səhmdar Cəmiyyətinin mağazasından tort alan Bakı sakini Cavad İsmayılov (soyad şərtidir) məhkəməlik olub.

OXU24.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, o, aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb.

Bundan başqa, Cavad "Azza"dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib.

İşə Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılıb.

Məhkəmə zamanı bəlli olub ki, "Azza"nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirib. Məhkəmədə təqsirləndirilən Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını deməklə ofisi tərk edib. Bundan sonra "Azza" rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib.

 

Məhkəmənin qərarı ilə Cavad İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək
Hamının zərərli bildiyi bu içki əslində xərçəng riskini 50% azaldır

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu