Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71783
az

Polis qadını tutdu: Görün nə edirmiş (VİDEO)

08:5806 İyul, 2022
332
OXU24 TV
  • A

Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb. Onun üzərindən 100 qram heroin və metamfetamin aşkar edilib. Bu şəxs izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədi ilə tanışı Gülərdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, yəni, Gülər Abdullayeva da tutularaq istintaqa təqdim edilib. Onun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Gülər Abdullayeva izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər uğurlu əməliyyat zaman Binəqədi rayonunda iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslər ifadələrində etdikləri cinayətləri etiraf ediblər.

Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbus qaçdı -İnterpol axtarışa verdi +VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO