Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Aybəniz Səfərzadənin Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən Aybəniz Səfərzadə aprelin 26-da saxlanılıb.
Məlumata görə, Aybəniz Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dayişibmiş.
Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb.
Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.
Oxu24.com
ŞƏRHLƏR