Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7176
az

Bakının ət bazarında rəqabət: qiymət 9 manata düşdü

23:0818 Noyabr, 2018
920
  • A
Əksər yerlərdə 10 manat 50 qəpik -11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir. Qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub.

Oxu24.com "Xəzər TV"yə istinadən xəbər verir ki, qəssablar arasında yaranan rəqabət dana ətinin qiymətini 9 manata qədər endirib. Əksər yerlərdə 10 manatdan baha satılan dana ətinin bu qəssabxanalarda ucuz olmasının bir sıra səbəbləri var. Uzun illərdir ət satışı ilə məşğul olan paytaxt sakini Aqil Məmmədov deyir ki, qiyməti ucuzlaşdırmasının əsas səbəbi yaxınlıqda olan qəssabxanada ətin 9 manat 50 qəpiyə satılması olub.

Qəssabların dediyinə görə, ətin kiloqramını 9 manata satmalarına baxmayaraq, onlara müəyyən qədər xeyir də qalır.

Ancaq digər qəssabların dana ətinin qiymətinin birdən-birə 9 manata endirilməsinə münasibətləri birmənalı deyil. Hazırda sümüklü dana ətini 10 manat 50 qəpiyə, sümüksüzü isə 13 manat 50 qəpiyə satan qəssab Mütəllim Hacıyev isə düşünür ki, 9 manata olan məntəqələrdə kəsilən heyvan dana deyil və ya bu qiymət müvəqqəti xarakter daşıyır.

İstənilən halda qiymətin endirilməsi ən çox alıcıların üzünü güldürüb. Satıcılar qiymətlərin hələ bir müddət belə qalacağını bildirdilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq artıq tavaya yapışmayacaq - illərdir gizlədilən sirr
Damarlardan xolesterini təmizləmək üçün- nə içmək lazımdır?
Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb