Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71732
az

Erməni fahişəsi rolunda oynadı, qızını gözünün qabağında öldürdülər - Nuriyə Əhmədova haqda bilmədikləriniz

18:3805 İyul, 2022
3785
ÖZƏL BÖLÜM
  • A

 Azərbaycan kinosunun ən parlaq aktrisalarından birini xatırlayırıq... Onun oynadığı filmləri siyahıdan çıxarsaq, çox az, sönük filmlər qalar. Biri var idi, Nuriyyə Əhmədova...

Oxu24.com xəbər  verir   ki, Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda anadan olub. Atası hərbçi, anası evdar qadın olub. Ailəsi onun aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
 “Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba” filmlərində oynayıb. Rola aldığı bütün filmlərdəki obrazları baş rola qədər diqqətçəkən və yaddaqalan edib.


Yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa çox azdır. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında “mənim həyatım elə ayrı bir filmdir” deyirdi…
aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:

“Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı.
Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. “Sahilsiz gecə” filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: “Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!”

Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub və ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.
Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur.
Qızının övladını götürüb saxlamağa qərar verən Nuriyyə xanım bununla həyata tutunur. Və əlbəttə ki kino ilə.
Amma qara xətt bununla bitmir. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilmir. Övladlarını itirən oğlunun ailəsi dağılır. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulur və 37 yaşında vəfat edir.
Ömrünün sonuna yaxın, avtobusdan yıxılıb, ayağını zədələyir. Xeyli müddət yataqda qalır.
Yaşanan psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrı yaşamağa qərar verir. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Elə rəfiqələrindən birinin evində də vəfat edir

Məmmədbağır Bağırzadə nəvəsinin adını niyə ağlaya-ağlaya qoymuşdu? İllərdir gizli qalan səbəb...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu