Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7173
az

Kaşoqinin parçalanmış cəsədi Türkiyədən çıxarılıb - ŞOK

21:1218 Noyabr, 2018
995
DÜNYA
  • A
Səudiyyəli jurnalist Camal Kaşoqinin qətlində ittiham olunan 15 nəfər hadisədən bir neçə saat sonra Türkiyəni tərk edib.
Femida.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hülusi Akar bildirib. Onun fikrincə, həmin şəxslər diplomatik toxunulmazlıqdan istifadə edərək jurnalistin hissələrə parçalanmış cəsədini ölkədən çıxara bilərlər.


“Ola bilsin ki, Kaşoqinin doğranmış cəsədi çemodanlarla ölkədən çıxarılıb”, - nazir qeyd edib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Qətldə şübhəli bilinən 18 nəfər istintaqa cəlb olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Rusiyada çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib