Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71674
az

Zaur Kamalla bağlı qərar verildi - RƏSMİ

18:2604 İyul, 2022
238
ŞOU-BİZNES
  • A

Azərbaycan Respublikası Audiovizual Şurası "ARB" televiziya kanalında yayımlanan "Həmin Zaur" proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.

Şuradan Milli.Az-a bildirilib ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:

"29 iyun 2022-ci il tarixdə "ARB" ümumölkə yerüstü televiziya yayımçısının efirində "Həmin Zaur" proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri təfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.

Belə ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb".

Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.


Şuradan "Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını "Media haqqında" Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Buna münasibətiniz?" sualına cavab olaraq isə bildirilib:

"Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ vardır. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu