Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71658
az

Azərbaycana qar yağdı

11:5204 İyul, 2022
183
REDAKTORUN SEÇİMİ
  • A

"Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 sm-lik qar örtüyü əmələ gəlib".

oxu24.com  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi: “Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.

Xidmət rəisi qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub: “Belə ki, Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub, cəmi 12 saat ərzində düşən yağıntının miqdarı Balakəndə 83 mm (aylıq normanın 108 faizi), Zaqatalada 80 mm (aylıq normanın 104 faizi) təşkil edib. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalini sevindirəcək xəbər - Yanvarın 1-dən qüvvəyə minir
5 nəfər yaralı var - ADLAR
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? - ŞOK AÇIQLAMA

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu