Tanınmış idmançı Rafael Ağayev haqqında yazılan söz-söhbətlərə aydınlıq gətirib.
Oxu24.com xəbər verir ki, bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin guya işə gəlməyən idmançılara sərt tapşırıq verdiyi, onlardan işə çıxmağı tələb etdiyi və onları seçim qarşısında qoyduğu bildirilirdi. Amma Rafael Ağayev öz videomüraciətində bildirib ki, belə hallar baş verməyib.
“Sosial şəbəkələrdə yayılan xəbərlərə görə özümə bu videonu çəkməyi borc bildim. Gördüyünüz kimi, mən Azərbaycan dövlətinə xidmət edirəm, işimin başındayam.” - deyən idmançı Prezident İlham Əliyevə və DGK sədri Səfər Mehdiyevə ona və digər idmançılara göstərdikləri qayğıya görə minnətdarlığını çatdırıb. Rafael Ağayev yarışlara qatılması, eyni zamanda iş şəraiti ilə bağlı ona daim dəstək olunduğunu da bildirib.
Daha ətraflı Rafael Ağayevin videomüraciətində:
Oxu24.com
ŞƏRHLƏR