Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7153
az

Məleykə Abbaszadədən şagird və valideynlərə müraciət

16:2817 Noyabr, 2018
895
  • A
 Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və onların valideynlərinə müraciət edib.
Oxu24.com Report-a istinadən xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında yeni növ imtahanlarla bağlı DİM-in rəsmi saytından, “Abituriyent” jurnalından və qurumun sosial şəbəkəsindən məlumat almağı məsləhət görüb.

“Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyirlər. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir”, – M.Abbaszadə əlavə edib.

M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni növ imtahanlarda iştirakı məsələsinə də aydınlıq gətirib: “Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə 70 faizə qədəri həmin ilin məzunları olur. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslar sənəd verir və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər”.

Paylaş: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki uşaq anası dəm qazından boğulub öldü
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ
AYNA sədri taksi sahəsində islahatların aparılmasından DANIŞDI

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB