Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71443
az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı

17:4830 İyun, 2022
388
REDAKTORUN SEÇİMİ
  • A

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə "Müharibə veteranı" adı verilib.

Göydə təyyarənin üstü qopdu,görün nə oldu - ŞOK VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

51 yaşlı kişi buna görə həbs edildi
Rubl neçəyə oldu? - MƏZƏNNƏ
İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT