"Putin qadın olsaydı nə edərdi?” sualına Boris Conson belə cavab verib.
Xarici media xəbər verir ki, İngiltərə Baş naziri Boris Conson maraqlı açıqlamaları ilə gündəmdə qalmaqda davam edir.
Boris Conson Almaniyada yayımlanan "ZDF” kanalına verdiyi açıqlamada Rusiyanın Ukraynaya təcavüzünün Putinin "çılğın və kobud hərəkəti" olduğunu bildirib.
O, "Putin qadın olsaydı, nə edərdi?” sualına belə cavab verib:
"Əgər Putin qadın olsaydı, bu müharibəni törətməzdi”.
Müharibənin sona çatması üçün G7 miqyaslı işlərin davam etdiyini bildirən Conson hələlik masada razılaşma variantının olmadığını da vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR