Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71391
az

Bakıda dəhşətli yanğın: ölənlər və xəsarət alanlar var (VİDEO)

21:4829 İyun, 2022
383
  • A

Bu gün səhər saatlarında Bakıda ailə faciəsi yaşanıb. Dəhşətli yanğında 2 uşaq həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə qeydə alınıb.

Səsə oyanan qonşular deyirlər ki, evə girmək istəsələr də, tüstü buna mane olub. Onlar bir neçə dəfə cəhd etdikdən sonra mənzilə daxil ola biliblər.

Yanğın zamanı iki körpə - əkiz bacılar 1 yaşlı Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Sonradan əldə etdiyimiz məlumata görə, yanğın zamanı xəsarət alan 2-si azyaşlı olmaqla 5 nəfər Nərimanov tibb mərkəzinə yerləşdirilib. Onlar Zərifə Abbasova,   Atilla Abbasov, Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasovdur.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.Bildirilib ki Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli kürsülü evin dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərvanə efirə qayıtdı - Bu kanalda veriliş aparacaq - VİDEO
Əhaliyə xəbərdarlıq edildi
Qar yağacaq - XƏBƏRDARLIQ

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Laçında aşan yük    avtomobilinin        görüntüsü