Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7134
az

Xalq artistindən KÖVRƏK sözlər: "Mənə deyirdilər ki, sən internatda böyümüsən..." - FOTO

21:5516 Noyabr, 2018
760
ŞOU-BİZNES
  • A
Xalq artisti Arif Quliyevin Milli.Az-a müsahibəsi.

- Arif bəy, hazırda filmlərə çəkilirsiniz?

- Xeyr, hələ ki, heç bir filmdə çəkilmirəm. Gənc rejissorların bir neçə filmində çəkilmişəm, deyilənə görə yaxşı da alınıb.

- Gününüz necə keçir?

- Günümü nəvələrimlə keçirirəm, onlarla deyib-gülürəm. Xoşbəxt insanam.

- Özünüzü neçə yaşda hiss edirsiniz?

- Gözəl qocalmağın özü də fəxrdir. Onda çalışırsan ağır görünəsən, sanballı söz deyəsən. Amma özümü cavan hiss edirəm.

- Gənclik illərinizi necə xatırlayırsınız?

- Mən dünənki Arifi insanların üzündə gülüş yaradan səmimi və sadə bir insan kimi xatırlayıram. Həqiqətən də, məni gülüş yaşadır. Məqsədinə çatmaq üçün əziyyətlərdən keçməlisən. Ən böyük uğur əziyyətlə qazanılan uğurdur. Əsas odur ki, getdiyin yolda büdrəyib yıxılmayasan.

- Sevgi sizin üçün nə deməkdir?

- Sevgi böyük məvhumdur. Bu, həm valideynə, həm yoldaşına, həm də övladına ola bilər.

- Hansı sevginin həsrətini çəkmisiz?

- Mən həmişə sənət sevgisinin həsrətini çəkmişəm. Özümü dərk edəndən hiss etdim ki, içimdə teatra qarşı böyük sevgi var. Mənə deyirdilər ki, sən internatda böyümüsən, elə bir sənət sahibi ol ki, orda yaxşı qazanc əldə edə biləsən. Amma mən bu sənəti seçdim.

- Özünüz gülüş həsrətində olmusuz deyə insanlara gülüş bəxş etmək istədiniz?

- Mənim həyatım nisgilli olub. Qərara gəldim ki, elə bir sənəti seçim ki, insanları bir anlıq da olsa dərddən, qəmdən uzaqlaşdırım. Bu, mənim taleyimdir, taleyimə etiraz edə bilmərəm.

- Düşdüyünüz bu vəziyyətə görə valideynlərinizi günahlandırmısız?

- Xeyr, onlar məni dünyaya gətirib. Ata-ana insanı dünyaya gətiribsə, həyatda olmasalar da ona minnətdar olmalısan. Bu günlərdə qocalar evinə getmişdim. Orda qoca bir xanım mənə yaxınlaşıb dedi ki, sən ananı axtarırsan, amma anası, atası olan insanlar bizi gətirib bura qoyub. Sən axtarırsan, onlar itirir. Siz bilirsiniz ki, mən həm də toylara aparıcı kimi gedirəm. Bir dəfə bir oğlan mənə yaxınlaşıb, ana muğamı sifariş etməyimi xahiş etdi. Onun üçün musiqiçilərdən ana muğaml sifariş etdim. Gördüm ki, oğlan ağlayır. Onu foyeyə çıxarıb, ağlamağının səbəbini soruşdum. Dedi ki, 39 yaşım var, 9 ildir ki, anamı itirmişəm. Ona dedim ki, sən xoşbəxtsən heç olmasa onu 30 ildir ki, görmürsən, mən yazıq onu heç görməmişəm (ağlayır).

- Çox axtardınız, amma tapmadınız... Hətta efirlərə də müraciət etmişdiniz.

- Bəli, çox axtardım, amma tapmadım. Biri var imkan olmur, aparıb səni uşaq evinə qoyurlar, ara-sıra gəlib dəyirlər. Mən balaca uşaq idim, bir çarşablı yaşlı qadın gətirib məni uşaq evinə qoydu. Təxminən 2 yaşım var idi. Həmin yer mənim yaddaşıma o qədər hopmuşdu ki, Mərdəkanda oxuyanda gəlib həmin yeri tapdım. Mənim, sadəcə, adım yazılaraq kağıza qoyulub, nə "metirkam" olub, nə də dəqiq yaşım. Hələ də dəqiq bilmirəm ki, neçə yaşım var.

- Valideynlərinizi görsəniz, onlara nə deyərsiniz?

- Mən onlara heç nə deyə bilmərəm. Heç vaxt heç kəsi qınamaq olmaz. Yəqin ki, şərait elə gətirib ki, məcbur olub məni uşaq evinə qoyublar.

- Özünüz ata olanda nə hisslər keçirdiniz?

- İnsan ata olandan sonra hər şeyi bir az unudur. Meylini uşaqlarına salır. Çalışırdım ki, onlar ehtiyac görməsinlər, çətin gün görməsinlər. Birini anam çağırırdım, birini atam.

- Yaşamağa dəyər?

- Mənim həyat eşqim insanlara qarşı olan məhəbbətdir. Məncə, yaşamağa dəyər. Sən nəsə yaradırsan, insanların xoşuna gəlir. O, sənə stimul verir, səni yaşadır. Səni məcbur edir ki, daha da yaxşı işlər görəsən.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ