Biz bayram süfrəsində oturduğumuz zaman ərzaqların uyğunluğu haqqında fikirləşmirik. Daha sonra keyfiyyətsiz bişirmə və ya hazırlanma barədə şikayət edirik. Əslində isə biz belə hallarda müxtəlif şirniyyat və ya ərzaqlar yeyib bu hala düşürük. Belə qarışıqlıq zamanı xüsusi təhlükəni desert qismində yemişin yeyilməsi yaradır. Gəlin yemişi nə ilə yemək lazım olmamasını izah edək.
Qidaların uyğunsuzluğu barədə nə bilirik?
Artıq uzun müddətdir ki, qidaların uyğunsuzluğu cədvəli tərtib olunub. Bu cədvəl bir dəfə qida qəbulunda nələri yeyə bildiyimizi və hansı yeməkləri ayırmalı olduğumuzu izah edir. Adi qida qəbul edən insan üçün sadə dildə desək, ərzaqların komponentlərə parçalanması üçün hər biri üçün ayrıca mədə şirəsinin ifraz olunması lazımdır. Ərzaqları turşuluq və parçalanma xüsusiyyətinə görə qruplarda birləşdiriblər. Bu zaman yemək asan həll olunur və mədə yüklənmir.
Əgər mədə şirəsində müxtəlif komponentləri tələb edən ərzaq qəbul etsək onlar bir-birini neytrallaşdırır və həll olma zəifləyir, ağırlıq və digər problemlər yaranır. Buna görə də bir dəfəyə qəbul etmək üçün qidaların uyğunluğunu bilmək lazımdır.
Menyuya daxil olan qidaların növləri:
zülallı, həll üçün turş fermentlər tələb edən zülallı qidalar;
turş bitki mənşəli qidalar;
zəif turşulu, nişastasız bitki mənşəli qidalar;
qələvi mühitdə qıcqıran nişastalı qidalar.
Sıyıqdan və ya kartofdan olan qarnirli ətdən ibarət ənənəvi ikinci yemək pis həll olunur, kələmli qarnirlə isə yaxşı həll olunur. Qidanı düzgün qəbul etmədikdə o pis həll olunur, qida maddələrinin çox hissəsi tullantıya çevrilir.
Yemiş istənilən qida ilə uyğun deyil. Onu digər qidaların qəbulu arasında olan vaxtda qəbul edirlər ki, bu da iki saatdan az olmamalıdır. Belə uyğun olmayan qidaya təzə süd də daxildir. Bu zülallı məhsuldur, lakin turş mühitdə o çətin həll olan maddəyə çevrilir.
Nə üçün yemişi digər qidalarla yemək olmaz?
Yemiş hər kəsin sevdiyi desertlərdən biridir. Yarandığı dövrdə onun düzgün qəbul olunmadıqda ölümə səbəb olmasını heç kim bilmirdi. Növbəti yemək həvəskarının ölümündən sonra sahibin qullarını edam edirdilər. Daha sonralar yemişin desert olmamasını aydınlaşdırdılar. Onun dadı və iyindən mədə boş və yeni qida porsiyası qəbul etmək qabiliyyəyi olduqda həzz alırlar.
Belə çıxır ki, şirin tərəvəz mədədə bir neçə dəqiqə qalır, daha sonra yemiş bağırsaqda həll olunur. Bu prosesə mane olub mədədə saxlasaq problemlər bitməyəcək. Orada həll olmayaraq dövr edəcək və müxtəlif problemlər yaradacaq: meteorizm, diareya, spazma və ya ürək bulanma. Buna görə də yemişin həzzini tam hiss etmək üçün mədəni boşaltmaq lazımdır. Buna görə də yemişi digər məhsullardan ayrıca qəbul etmək lazımdır.
Aşağı kalorili məhsul 100 qramda 35 Kkal təşkil edir, lakin onun tərkibində bunlar var:
Enerji komponentləri, xüsusən karbohidratlar;
Pəhriz lifləri;
Vitaminlər və minerallar.
Lakin yemişdə dəmir toyuq əti və süddən 10 dəfə artıqdır. Tərkibində 120mq kalium, çoxlu nikotin turşusu, C vitamini var. Fol turşusunun yüksək konsentrasiyası hesabına məhsulu zəif beyin fəaliyyəti olan yaşlı insanlar üçün məsləhət görürlər. Yemiş böyrək xəstəlikləri, qan azlığı, ürək-damar xəstəlikləri zaman xeyirlidir. Yemişdə olan seperoksiddismutaz maddəsi mənəvi sakitliyi bərpa edir və yorğunluğu aradan qaldırır.
Həmçinin şirin qida artıq çəkinin azaldılması və şəkər diabeti xəstələri üçün məsləhət görülmür. Müalicəvi məqsədlər üçün yemişi həkim nəzarəti altında qəbul edirlər. Aşağıda yemişi digər məhsullarla birgə qəbul etdikdə hansı proseslərin gedəcəyi barədə açıqlama verilir:
Süd və ya turşulu süd məshulları ilə yemiş sürətli zəifləmə effekti verəcək. Buna görə də yemişli yoqurt almaq lazım deyil. İstehsalçıların əminliyinə baxmayaraq zərərli effektlərdən yayınmaq mümkün deyil.
Yemişi oruc tutarkən yemək olmaz, köp və ürək bulanma kimi problemlər başlayacaq. Mədə-bağırsaq yolunda problem olanlar üçün təhlükəlidir.
Alkoqol və yemiş uyğun deyil. Bu zaman üç növ problem yarana bilər. Bəziləri güclü qəbizlikdən şikayətlərni, digərləri tualetdən asılı qalır. Üçüncü qrup isə mədə yuyulması üçün təcili tibbi yardım çağırmalı olur.
Süd verən analar yemiş yeməsələr yaxşıdır. Uşaqda boş nəcis yarana bilər. Bundan bütün analar qorxur, çünki dərhal uşaq orqanizmini susuzlaşmağa başlayır.
Yemişi su ilə qəbul etmək də məsləhət görülmür. Qısa zamanda fermentləşmə, qıcolma və diareya (ishal) kimi hallar yarana bilər.
Qarışdırma xoşagəlməz halların yaranmasına səbəb olur, çünki yemişi digər məhsullarla birgə yemək olmaz. Xüsusilə bu mədədə balla yemişin birlikdə olması halına aiddir.
Nə üçün yemişi balla yemək olmaz?
Qədim zamanlardan hər kəs yemişi balla yeməməyin lazım olduğunu deyir. O zamanlar bağırsaq çatışmazlığını bağırsaq burulması adlandırırdılar. Hesab olunurdu ki, bal yemişlə bağırsaqda daş əmələ gətirir, yol bağlanır və insanı dəhşətli əzab gözləyir.
Lakin elə insanlar var ki, onlar yemişlə balı eyni vaxtda heç bir problem yaranmadan yeyirlər. Həkimlər hesab edir ki, yemişlə balın uyğunluğu hətta sağlam insanlar üçün belə sual altındadır. Qarın içi əməliyyat keçirən, çapıq və tikişləri olanlar bağırsaq keçməzliyinə tutula bilərlər. Buna görə də öz sağlamlığınızla risk etmək və iki şəfalı məhsulu orqanizm üçün partlayıcı qarışığa çevirmək lazım deyil. Balı yemişlə eyni vaxtda yeyib heç bir problemlə rastlaşmayan insanlar barmaqla sayıla bilər.
Oxu24.com
ŞƏRHLƏR