Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71260
az

Avtoritetə aşiq olub həbsxanaya düşdü, Tacirlə 6 il eşq yaşadı, əri onu və oğlunu atıb getdi

17:5527 İyun, 2022
3250
ÖZƏL BÖLÜM
  • A

Adətən adamlar əli məşhurluğa çatandan sonra suyu da üfürə-üfürə içirlər, səmimiyyətlərini qurudub gün-gündən maraqsız bir şəxsə çevrilirlər. O isə ilin-günün bu vaxtı mərdanə şəkildə özünü sevgisinə qurban verdi. Biri var, karyerasını, məşhurluğuna sevgisinə fəda edən Fədayə Laçın.


Laçın işğal olunandan sonra Fədayə Məhəbbət Kazımovun məsləhəti ilə özünə Laçın təxəllüsünü götürür. Onu Fədayə Laçın kimi tamaşaçılara ilk dəfə təqdim edən də elə Məhəbbət Kazımov olur. Lakin, etiraf edək ki, Fədayənin populyarlığında böyük səbəb həm də onun Tacir Şahmalıoğlu ilə duet oxuması olur. Tezliklə bu iki səsin birləşməsindən yaranan mahnılar insanların qəlbinə yatır. “Ney səsiyəm”, “Sən gəldin gəlişinlə”, “Külək məni yaralama”, “Ayrılığın üzü dönsün” kimi bir-birindən gözəl mahnılar ifa edirlər. Bu mahnılar toylarda, avtobus dayanacaqlarında, taksilərdə, marşrutlarda dinlənilir, sevilir.

 

Onların birgə dueti bir sıra söz-söhbətlərə yol açır. Tacir ailəli olsa da, Fədayə ilə altı ildən çox böyük eşq yaşayır, onu böyük məhəbbətlə sevir. Lakin, zaman keçdikcə cütlük arasında soyuqluq əmələ gəlir. Fədayə tək oxumaq istədiyini elan edərək Tacirdən ayrılıb solo karyerasına başlayır.
Aradan uzun illər keçir. Fədayə mərdanə şəkildə Tacirlə olan münasibətini, onu vaxtilə sevdiyini etiraf edir. Tacir isə bunun əksini iddia edir, Fədayə ilə heç bir sevgi münasibəti yaşamadığını dilə gətirir. Bu barədə Fədayəyə verilən suallara o, küskün, gözündə kədərlə, ancaq qorxusuz cavablar verir:
“Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidir. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bağırırdı ki, sevirəm. Deyirdim, a balam, belə reklam eləmə. Deyirdi, yox, sevirəm. Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki. Hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları da olurdu. İndi illər ötüb, hərə öz işində, gücündədir. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.


Fədayə həbsdə olduğu zaman çox məşhur insanlar onun azad olunması üçün müraciətlər edirlər. Nəticədə Fədayənin həbsi 2 ilə endirilir, azadlığa, ailəsinə, oğluna, anasına qovuşur. Sadəliyi, səmimiyyəti və saflığı ona əvvəlki ad-sanını qısa müddətdə qaytarır.
İndi ailəsi, yaxınları ilə birlikdə olan Fədayə müsahibələrinin birində deyir: “İndiyə kimi cəmi bir dəfə ürəyimdən qısqanclıq hissi keçib. Oğlum bir qızla yazışırdı. Gördüm ki, çox mehriban söhbətləşirlər, ürəyimdən qısqanclıq keçdi. Elə bildim ki, oğlumu məndən alacaq. Oğluma da dedim ki, bax ha, birdən qız səni mənim əlimdən alar”.
Fədayə Laçın indi bəlkə ömrünün ən rahat, ən xoşbəxt günlərini yaşayır. Yaşadığı o qədər uğursuzluqlardan, qalmaqallı həyat tempindən yorulan müğənni ömrünün bu çağında dincəlir...
Fədayə Laçın bəlli hərəkəti ilə bütün karyerasını uçurum qarşısına gətirdi. Bu günə qədər qazandığı məşhurluq, hörmət bir anın üçündə məhv olmaqla üz-üzə qaldı. Fədayə isə bu dilemmada sevgini seçdi və bir daha insanlara göstərdi ki, dünyada sevgidən böyük, ümdə nəsə yoxdur. Bu əməlinə görə həbs də yatdı, ancaq yenə də mərdanəliyini qorudu. Zərbə qarşısında qoyduğu məşhurluğu da, nüfuzu da bir anın içində özünə qayıtdı. Çünki onu sevənlərin hamısı Fədayəni yaxşı başa düşürdü, çünki onun pərəstişkarlarının özləri də həyatlarında heç olmasa, bir dəfə sevmişdilər və sevginin nə olduğunu bilirdilər.
Fədayəyə isə bu mərdanəliyi ilə baş-başa uğurlar və sağlıq arzulayırıq...

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu