Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71256
az

Bu hallar oğlan uşaqlarında sonsuzluq yaradır - VİDEOYA DİQQƏT!

17:0727 İyun, 2022
861
TİBB
  • A

Yeni doğulmuş körpələrin cərrahiyyəsi və qazanılmış uşaq cərrahi xəstəlikləri

Yeni doğulmuşlarda anadangəlmə qüsurlara bunlar daxildir:

Məşğul olduğumuz problem anadangəlmə qida borusu, ağcıyər qüsurlarıdır;
Həmçinin anadangəlmə atreziyalar Mədə-bağırsaq sisteminin bağlı olması eləcə də;
Mədə-onikibarmaq bağırsağın anadangəlmə daralmaları olan körpələr;
Uşağın anusunun bağlı olması, yəni böyük bayıra getdiyi yerin bağlı olması;
Və habelə sidik yollarında qüsurların olması;
Bundan başqa uşaqlarda anadangəlmə cinsiyyət üzvlərində problemlər. Qız uşaqlarında vaginal atreziya və sairə. Bundan başqa oğlan uşaqlarında penisin anadangəlmə qüsurları olur. Bəzən sidik kisəsinin dəliyi xayaların, yumurta torbalarının arasında olur. Eləcə də dəliyin cinsiyyət üzvünün altında və ya üstündə olmasına da rast gəlinir. Bunlar Hipospadiya adlanır, el arasinda Peyğəmber sünnətidə deyirlər. Bundan başqa cinsiyyət üzvünün anadangəlmə əyri olması kimi qüsurlar olur.
Uşaq cərrahiyyəsində digər bir sahə uşaq endoskopik cərrahiyyəsidir. Bura bronxoskopiya, sistoskopiya, laporaskopiya, rektoskopiya daxildir. Uşaq cərrahiyyəsinə kriptorxizm, yırtıqlar, o cümlədən ağciyər və qaraciyərin kistaları da daxildir.

Qeyd eliyim ki, uşaqlarda qaraciyərin exinokokk mənşəli kistaları olur ki, bunlar da ev heyvanları, xüsusən itlərin saxlandığı evlərdə, məkanlarda yaşayan uşaqlarda rast gəinə bilir. Exinokokkun parazit törədən hüceyrələri itlərin gəzdiyi yerlərdə əmələ gələ bilir, laparaskapik əməliyyatla bütün növ kistalar aradan qaldırılır. Həmçinin ağciyər kistalarını da daha mütərəqqi üsullarla müalicə edirik, torakoskopik əməliyyatı edirik.

Qarın boşluğunda appendisitlər, öd kisəsi, öd yollarında problemləri, qız uşaqlarında yetkinlik yaşlarında əmələ gələn kistaların götürülməsi və bu kimi qazanılmış xəstəlikləri laporaskopik əməliyyatlarla müalicə edirik.

Uşaq cərrahi xəstəliklərinə misal olaraq, üz nahiyəsində damar mənşəli hemangiomaları da qeyd etmək istərdim. Artıq dərmanla hemangiomaları yox edə bilirik. Dərmanla bunlar 3-4 aya yox olub gedir. Hətta uşağın üzünü tamamilə əhatə edən böyük şişləri belə.

Körpə uşaqlarda rast gəlinən kriptorxizm probleminin üzərində daha geniş durmaq istərdim. Çünki bu kimi hallar vaxtında müalicə edilmədikdə nəticə etibarilə təkcə uşağın doğulduğu ailənin deyil, ümumən cəmiyyətimizin sosial probleminə çevrilir.Yəni həmin uşaq gələcəkdə böyüyüb ailə qurduqdan sonra sonsuz ola bilər.  Kriptorxizm körpələrdə xayanın aşağıya, xayalığa düşməməsidir.

Bundan başqa uşaqlarda anarxizm, yəni xayanın heç olmaması kimi patologiyaya da rast gəlinir. Ümumiyyətlə ana bətnindəykən körpədə xaya ümiumiyyətlə böyrəyin yanında inkişaf etməyə başlayır. Hamiləliyin 6-7-ci aylarında artıq kanala düşüb xaya torbasına doğru irəliləyir. 7-8 aylığında artıq torbada olmuş olur. Bəzən kanal dar olur və ya damar problemi və ya hormonlar ilə bağlı və sairə səbəbdən xaya xayalığa düşmür. Uşağın xayalığına əllə toxunduqda baxırıq ki, xayalar qarın boşluğundadır, öz yerində deyil. Uşaq dünyaya gələndən sonra belə hal göründükdə biz 6 ayına qədər öz-özünə enmə prosesini gözləyirik. Uşağın 6 aylığından başlayaraq laporaskopik ve mini invaziv mikrocerrahi usulla ilə xayanı xayalığa endiririk.

Bəzən xayanın xayalıqda olmaması ikitərəfli olur. Bu ciddi bir nəticələrə səbəb olur. Xayaların qarın boşluğunda uzun illər qalmasına imkan vermək olmaz. Bu ən ağır patologiyalardan biridir.Yox əgər bir tərəfli olarsa uşaq yenə də gələcəkdə sonsuzluq problıemi ilə üzləşməz. Hormon sintezi normal olar, uşağı ola bilər. İkitərəfli olanda çalışırıq bir tərəfi əvvəlcə aşağı salaq, sonra digər tərəfi. Əməliyyatı sırf peşəkarların icra etməsi vacibdir. Çünki burda uşağın gələcək taleyi həll edilmiş olur. Ona görə də valideynlərə tövsiyyəm odur ki, çox erkən yaşlarda oğlan uşaqlarını peşəkar uşaq cərrahlarında, uşaq uroloqlarında yoxlatdırsınlar. Düzgün diaqnoz qoyulsun və belə bir problem aşkarlanarsa vaxtında düzgün əməliyyat olunması lazımdır.

Uşaqlarda qəbizliklər də aktual mövzudur.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
COVID virusu xərçəngin müalicəsində  istifadə  olunacaq

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR