Bakıda daha bir tələbə boğularaq öldü
Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub.
APA TV xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.
Qeyd edək ki, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.
O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR