VAKANSİYA 1
Deluks Kamin
Satış meneceri
Son tarix 22 iyl 2022 - [email protected]
Tələblər:
Türkiyə və ya Avropada təhsili olanlara üstünlük verilir,
25-35 yaş arası bəy/xanım,
Satış təcrübəsi qazanmış və bu sahədə xüsusi təlim-kurs-seminarlarda iştirak etmiş,
Müsahibə və görüşlər aparmaq, hesabatlar hazırlamaq üçün rus və türk dillərini yaxşı səviyyədə bilməsi,
Satış texnikası və təcrübələri haqqında biliyə malik olmaq,
Analitik düşünmə, güclü vaxt idarəetmə və planlaşdırma bacarığı,
Yüksək satış yönümlü inandırma bacarığı,
Güclü yazılı və şifahi ünsiyyət dili,
Müştəri məmnuniyyətini ön planda tutmaq,
Təkmilləşdirilmiş təmsil və təqdimat bacarıqlarına malik olan namizədlər qiymətləndiriləcək.
İş haqqında:
Hazırlanmış satış planlarının həyata keçirilməsi üçün satış menecerləri tərəfindən hazırlanmış və bəyan edilmiş satış ssenarilərinin həyata keçirilməsi və inkişafı.
Şirkətin ümumi siyasətlərinə uyğun olaraq satışı həyata keçirmək üçün bütün plan və proqramların həyata keçirilməsi, təhlili və hesabatlarının təqdim edilməsi.
Satışda qarşıya qoyulan hədəflərə çatmaq üçün müvafiq departamentlərlə koordinasiyada bütün zəruri əməliyyatların həyata keçirilməsi.
Satış meneceri, satış müdiri, texniki şöbə və marketinq departamentinin işçiləri ilə koordinasiyada çalışaraq müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq.
Satış meneceri və satış müdiri ilə birlikdə xarici satış təhlillərinin aparılması, müştərilər və məhsullar haqqında hesabatların yaradılması və şirkət strategiyalarında lazımi revizorların edilməsini təmin etmək.
Məhsullarımızın qiymət kursu, stok vəziyyəti, satılacaq malların tədarükü və çatdırılma müddətləri ilə bağlı logistika-mühasibat və istehsal şöbələri ilə koordinasiyalı araşdırmaların aparılması.
İş şəraiti:
Həftənın 6 günü
Nahar yeməyi şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 800-1100 AZN aralığı
Müraciət üçün:
a)- Sizdən xahiş edirik ki, www.deluxekamin.com/careers/ saytına daxil olun və CV-nizi göndərəsiniz.
Və ya
b)- CV-nizi [email protected] elektron poçtuna göndərməyinizi xahiş edirik.
VAKANSİYA 2
Asfarma
Tibbi nümayəndə (Bakı, Kardioloji qrup)
Son tarix 22 iyl 2022 - [email protected]
İş barədə məlumat:
Şirkətin məhsullarını Bakı bölgəsi və ətraf rayonlarının tibbi müəssisələrində və apteklərində olan həkim və əczaçılara tanıtmaq
Şirkətin məhsullarının apteklərdə stokuna nəzarət edib satışını təmin etmək
Verilmiş marketinq strategiyasının tətbiq etmək
Bazarı, rəqibləri araşdırılmaq və tələbatı müəyyənləşdirilmək
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək
Günlük və aylıq hesabatlar vermək
Stabil əmək haqqı və mükafatlar
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
İl ərzində staja uyğun olaraq şirkət hesabına məzuniyyət
Şirkət tərəfindən yol xərclərinin verilməsi
İş rejimi: I - V günlər 09:00-dan 18:0-dək
Şənbə və Bazar - istirahət günləri
Əmək haqqı: razılaşma yolu ilə
Namizədə tələblər:
Yaş – 22 yuxarı
İş təcrübəsi: 1 ildən yuxarı
Ali və ya orta ixtisas təhsil mütləqdir (tibbi təhsili olanlara üstünlük veriləcək)
Kardioloji dərmanlarının təqdimatını etmiş olan təcrübəli işcilərə üstünlük veriləcək.
Səlis nitq qabiliyyəti
Nizam-intizamlı olmaq
Ünsiyyət qurma bacarığı
Komandada işləmək bacarığı
Məqsədəyönlülük
Xoş xarici görkəm ( dres koda riayət olunması)
Dürüstlük.
Məsuliyyətli olmaq
Qoyulan tapşırıqları vaxtında yerinə yetirmək
Hərəkətli iş rejimində işləməyi bacarmaq
Əmək haqqı 600-800 AZN
P.S.Müsahibədən keçən namizədlərə rəqabətli əmək haqqı təklif ediləcək və işə başlamazdan öncə preparatlara dair müvafiq treninqlər keçiriləcək (keçirilən treninqlər şirkət tərəfindən ödəniləcək)
Uyğun namizədlər məktubun mövzusunda “Tibbi nümayəndə” göstərməklə öz şəkilli CV-lərini qeyd olunan e-mail ünvanına göndərə bilərlər.
Əlaqədar şəxs: Şebnem Gülmez
VAKANSİYA 3
MKT İstehsalat Kommersiya MMC
Monitorinq operatoru
Son tarix 22 iyl 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
Filial və məntəqələrdə quraşdırılmış təhlükəsizlik və müşahidə kameralarının işinə monitorlar vasitəsilə nəzarət;
Müəyyən edilmiş neqativlərin qeydiyyatının aparılması və rəhbərliyə bildirilməsi;
Cəmiyyətin quruluş bölmələrində baş verə biləcək xoşagəlməz hadisələr, faktlar və münaqişələr barədə qabaqlayıcı məlumatların əldə edilməsi;
Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
MS ofis proqrlamlarında sərbəst işləmək bacarığı.
Səriştələr:
Məsuliyyətli
Nailiyyət yönümlülük
Etibarlılıq
Dürüstlük
Əlavə məlumat:
Əmək haqqı 450 AZN-dən başlayaraq;
İş qrafiki: Növbəli qrafik;
İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
VAKANSİYA 4
Zeytun Pharmaceuticals
Apteklər üzrə koordinator
Son tarix 22 iyl 2022 - [email protected]
Tələblər:
Ali TİBBİ təhsil;
Aptek və dərman sahələri üzrə minimum 5 il iş təcrübəsi;
Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər;
Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər);
1C proqramı ilə sərbəst işləmə bacarığı;
İdarəetmə və ünsiyyət qurma bacarığı.
Öhdəliklər:
Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək
Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət
Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət olunması
Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək
Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasinda yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək
Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsinin yoxlanılması
Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırması
Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunması
Satınalma menecerləri ilə əlaqəli səkildə dərman vasitələrinin sirkətin tələblərinə uyğun olaraq vaxtinda təhvil verilməsinə nəzarət etmək
Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət
Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət
Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarının aparılması
Apteklərdə işçilər tərəfindən siğortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılması
Sığorta hesabatlarının müvafiq siğorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdimatını icra etmək
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi siğorta ilə təmin olunma;
Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
ŞƏRHLƏR