Şri-Lanka parlamentində etimadsızlıq göstərilən Baş nazir Mahindrə Racapaksa çıxış etdikdən sonra dava düşüb, millət vəkilləri əlbəyaxa olublar.
Femida.az “Associated Press”ə istinadən xəbər verir ki, qarşıdurmaya baş nazirin parlament sədrini qərəzli davranışda və sui-istifadələrdə ittiham edərək seçkilər keçirilməsinə çağırması təkan verib. Dava nəticəsində bəzi millət vəkilləri xəsarət alıb, spiker salonu tərk edib, parlamentin iclası isə dayandırılıb.
Qeyd edək ki, oktyabr ayında Baş nazir M.Racapaksa and içəndən etibarən respublikada siyasi böhran yaşanır.
Oxu24.com
ŞƏRHLƏR