Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71067
az

Azəbaycanda uçuş qiymətləri bu yolla ucuzlaşacaq - AÇIQLAMA

22:4623 İyun, 2022
233
CƏMİYYƏT
  • A


“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus aviabiletlərin baha olması hər zaman əhali arasında narazılıq yaradan məsələlərdən biri olub. Bu mövzu ötən günlərdə Milli Məclisdə də geniş tənqid olunub.

Bəs aviabiletlərin qiymətinin aşağı olmasına necə nail olmaq olar?

İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, AZAL-da qiymətlərin aşağı enməsinin 2 çıxış yolu var:

“Onlardan birincisi xarici şirkətlərin Azərbaycan bazarına rahat daxil olması üçün prosedurları asanlaşdırmaqdır. Bununla da, istənilən şirkət ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməsini təsdiq edən sənədlər göstərən kimi Azərbaycanda fəaliyyətə başlaya bilər. Bu zaman AZAL-ın hər hansı icazəsi tələb olunmamalı, şirkət tərəfindən maneəyə səbəb olmamalıdır. Bazara xarici şirkətlərin daxil olması nəticədə qiymətlərin aşağı enməsinə gətirib çıxaracaq”.

Ekspertin sözlərinə görə, ikinci vacib məqam AZAL-ın yerüstü xidmətlərdə də inhisarçı mövqedə olmasıdır:

“Yəni hava limanlarında yerüstü xidmətləri AZAL-ın törəmə şirkətləri göstərməməlidir. Bu sahəyə xarici şirkətlərin böyük marağı var. Məsələn, türk şirkətləri bu xidmətlər üçün Azərbaycana dəfələrlə müraciət ediblər. Başqa xarici və yerli şirkətlər də bu sahədə məmnuniyyətlə çalışa bilərlər”. 

“AZAL-ın törəmə şirkətləri yerüstü xidmətlərin göstərilməsindən kənarlaşdırılmalıdır. Çünki biletlərin baha olmasının səbəblərindən biri də yerüstü xidmətlərin çox baha qiymətə rəsmiləşdirilməsidir ki, bu da qiymət artımına şərait yaradır”, - deyə N. Cəfərli əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO