Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70974
az

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? -AÇIQLAMA

18:1020 İyun, 2022
166
CƏMİYYƏT
  • A

“Zaqatala rayonunda itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

OXU24.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir:

“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb”.

Gürcü mənbələrindən isə bildiriblər ki, sosial şəbəkələrdə yayılan şəkildəki hadisə bu ilin fevral ayında Gürcüstanın Raça bölgəsinin Oni meşəsində baş verib. Belə ki, ovçular bir ayını öldürüblər, bu zaman zağadan çıxan digər ayı onlara hücum edib. Vəhşi heyvan ərazidən qaça bilməyən ovçulardan birini öldürüb və bir ayağını yeyib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
Dərs və iş saatları ilə bağlı mühüm xəbər -DƏYİŞDİRİLİR?

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi