Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70954
az

DYP bu sürücülərə xəbərdarlıq etdi: Axşam saat 21:00-dan səhər saat 7:30-dək...

21:2219 İyun, 2022
139
CƏMİYYƏT
  • A

Gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Pomidorla dolu yük avtomobili aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə zərər dəyib, daşıdığı kənd təsərrüfatı məhsulu isə tamamilə yararsız hala düşüb. Baş vermiş hadisə fonunda yol polisi belə nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib.

Son bir neçə gündə kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin iştrakı ilə ard-arda qəzalar baş verib.

OXU24.COM xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün bundan əvvəl Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində kartof daşıyan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq qarşıda olan digər yük avtomobilinə çırpılıb. Nəticədə yük avtomobillərinin birində olan kürdəmir rayon sakini, 20 yaşlı gənc hadisə yeridə ölüb. Gecə isə paytaxtın Bəşir Bünyadov küçəsində pomidor daşıyan kiçik tutumlu yük avtomobili aşıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Daşınan məhsul isə yararsız hala düşüb.
Ətraflı

Yay mövsümü ilə əlaqədar bölgələrdən paytaxta meyvə-tərəvəz məhsullarının daşınması artıb. Aqrar məhsulları səhər saatlarında paytaxta çatdırmaq üçün əksər sürücülər gecə boyu avtomobil idarə edirlər. Son bir neçə gündə məhz belə nəqliyyat vasitələrinin qəzaya uğraması sürücülərin məsuliyyətli olmalarını aktuallaşdırır. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin, baş inspektoru Araz Əsgərli deyir ki, kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürücüləri maksimum dərəcədə yollarda diqqətli olmalıdırlar

Araz Əsgərlinin sözlərinə görə  nazirlər kabinetinin müvafiq qərarına əsasən yük avtomobilləri paytaxt ərazisinə yay fəslində axşam saat 21:00-dan səhər saat 07:30-a qədər daxil ola bilərlər. Qışda isə buna 20:00-dan səhər 07:30-a qədər icazə verilir.

Qeyd edək ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi yük avtomobilləri sürücülərinə nəzarəti artırıb və vaxtından tez paytaxta daxil olan belə sürücüləri inzibati qaydada cərimə olunurlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ