Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Sosial mediada onun sələfi olmuş sabiq Təhsil naziri Misir Mərdanovun bu vəzifəyə təyin olunacağı məlumatı yayılıb.
Bizimyol.info-ya açıqlam verən sabiq Təhsil naziri Misir Mərdanov Abel Məhərrəmovun vəzifəsindən azad olunmasından xəbərsiz olduğunu bildirib:"Ay kişi, mən indicə Abel Məhərrəmovla birlikdə tədbirdə idim. Onun vəzifəsindən azad olunmasından xəbərsizəm. Onun yerinə kimin təyin olunacağı ilə bağlı da heç nə deyə bilmərəm”. Oxu24.com
ŞƏRHLƏR