Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70900
az

Toyda gəlinə qapaz vuran bəyə cinayət işi açıldı - Məşhur VİDEOdan xəbər var

20:0217 İyun, 2022
189
KRİMİNAL
  • A

Toyunda gələcək həyat yoldaşını döyən bəyin videosu beynəlxalq gündəmə çevriləndən sonra o xuliqanlıqda ittiham olunub.

OXU24.COM qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə hökumət komitəsi bildirib.

Özbəkistanda bir toyda təşkilatçılar bəylə gəlin arasında kiçik yarışma ediblər. Yarışmada uduzan bəy gəlini döyüb. Hadisənin video görüntüsü beynəlxalq gündəmə çevriləndən sonra isə o, rəsmi ölkə qanunlarına uyğun olaraq xuliqanlıqda ittiham olunub.  

Toyun qonaqları tərəfindən təşkil edilən oyun konfetlərin açılması yarışı olub və oyunda gəlin bəyə qalib gəlib.

"Əsəbi bəy gəlinin başına qapaz endirib", - hökumət komitəsi çərşənbə günü verdiyi açıqlamada bildirib.

Özbəkistanın dövlət ittihamçısı bəyin "xırda xuliqanlıq" maddəsi ilə ittiham edildiyini və günahı sübut olunarsa, cərimə və ya maksimum 15 günlük həbs oluna biləcəyini deyib.

Özbəkistanın qanunverici orqanının yuxarı palatasındakı bir komitə isə icma ağsaqqalları və ər-arvadın qohumlarının iştirak etdiyi zorakılıqla bağlı məhəllə dinləmələrində gənc oğlanın gəlindən üzr istədiyini və etdiyi hərəkətlərdən peşman olduğunu deyib.

"Bəylə gəlin həmin gün barışıb və indi birlikdə yaşayırlar", - komitədən bildiriblər.

Prezident Şavkat Mirziyoyevin qızı və ölkənin media səhnəsinin nüfuzlu oyunçusu Səidə Mirziyoyeva Facebook səhifəsində bəyin hərəkətlərini "iyrənc" adlandırıb.

"Biz belə hallara səssiz qalmamalı, onların güya nadir hadisələr olduğunu iddia etməməliyik. Buna görə üfüqlərimizi açan və qadınları müstəqil və güclü edən təhsilə ehtiyacımız var", - Mirziyoyeva bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO